BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır - Səfirlik 

11:24 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT Təhlükəsizlik Şurası üzvlərinin Dağlıq Qarabağda münaqişənin gərginləşməsinə həsr olunacaq görüşü məlumat xarakteri daşıyır.

Hafta.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, görüşün təşəbbüsçüsü Almaniyanın Xarici işlər naziri və Dövlət katibidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin müzakirələri sentyabrın 29-dan 30-a keçən gecə keçiriləcək.

Müzakirələr bağlı formatda baş tutacaq. Görüşün keçirilməsi üçün Fransa, Almaniya, Böyük Britaniya, Estoniya və Belçika müraciət edib.trend

Oxunma sayı 206
Siyasət rubrikasından digər xəbərlər