Boksçumuz Avropa Oyunlarının qalibi oldu -

19:51 29.06.2019
Yazını böyüt
Yazını kiçilt

Minsk-2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

Hafta.az-ın məlumatına görə, bu gün Azərbaycan boksçuları üçün mübarizə yekunlaşıb. Ölkəmizi təmsil edən Alfonso Dominges final qarşılaşmasına çıxıb.

81 kq çəkidə müvafiq olaraq Stefan Xrekul (Ukrayna), Mixail Dauhaliavets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edən təmsilçimiz Alfonso Dominges final görüşünə çıxıb. Milliləşmiş boksçumuz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gəlib. Gərgin keçən mübarizə Domingesin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan boksçusu Avropa Oyunlarının qalibi olub.

Oxunma sayı