Bolqarıstanın eks-prezidenti Şəkidə olub

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov Şəki şəhərində olub. Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bolqarıstanlı qonağın Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa məlumat verib ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Bildirilib ki, əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədlə tanışlıqdan sonra P.Stoyanov abidənin həyətində çay süfrəsinə qonaq olub. Sonra Bolqarıstanın keçmiş prezidenti Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını gəzib.

Oxunma sayı 64