Boris Consonun nazir qardaşı istefaya gedir

18:44 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Baş Naziri Boris Consonun qardaşı Cozef Conson kiçik universitet və elm naziri vəzifəsindən gedəcəyini və bundan sonra parlamentin üzvü olmayacağını açıqlayıb.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter mikrobloqunda məlumat yayıb.

O, ailə və milli maraqları arasında qaldığı fikir ayrılığına görə postunu tərk edəcəyini bildirib.

Həmçinin, qeyd edib ki, onun vəzifədə olduğu 9 il ərzində ölkənin Baş Naziri 3 dəfə dəyişib: "Bu, həll olunmayan bir gərginlik idi, amma başqalarının parlamentdə və nazirlikdə işə başlamağının vaxtı gəlib çatdı".