Böyük Britaniyada 746 nəfər saxlanılıb

20:17 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada keçirilən əməliyyat nəticəsində qətl törətməkdə, silah qaçaqmalçılığı və narkotik vasitələrin qanunsuz ticarətində şübhəli bilinən 746 nəfər saxlanılıb.

Əməliyyat nəticəsində iki tondan çox narkotik vasitə, onlarla silah və 54 milyon funt sterlinq məbləğində pul, həmçinin qanunsuz fəaliyyət göstərən laboratoriyadan 28 milyondan çox “Etizolam” həbi, 55 bahalı avtomobil ələ keçirilib.

Mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində belə əməliyyatların davamlı qaydada təşkil olunacağı bildirilib.

Oxunma sayı 2633