Braziliya Antarktidadakı stansiyasını yenidən açır

16:28 17.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliya yanvarın 15-də Antarktikada yerləşən stansiyasını yenidən açıb və bununla da dövlətin elmi inkişafa sadiqliyini bir daha təsdiqləyib.

Hafta.az yazır ki, federal hökumət bu işə 100 milyon dollar həcmində sərmayə qoyub və stansiya dünyanın ən qabaqcıl avadanlıqları ilə təhciz edilib.

Məlumat üçün deyək ki, stansiyanın yenidən qurulması layihəsinə 2017-ci ildə start verilib.

1984-cü ildə yaradılan ilk Comandante Ferraz Stansiyası 2012-ci ildə iki nəfərin ölümünə səbəb olan yanğın səbəbindən demək olar ki, tamamilə məhv edilmişdi. Yeni stansiya King George adasında, Admiralti Bay dəfnəsində qurulub; sahəsi 4500 kvadratmetr və 17 laboratoriyası olan stansiya 64 alim qəbul edə bilər.

Bu ərazidə tədqiqatçılar biologiya, okeanoqrafiya, glaciologiya, meteorologiya və antropologiya sahələrində tədqiqatlar aparacaqlar.