Braziliya Şəkinin UNESKO-nun dünya irs siyahısına daxil edilməsini alqışlayır - Xose Enrike Medeyros Pires

13:20 09.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Braziliya mədəniyyət sahəsində çox sıx əməkdaşlıq edir. Hafta.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Braziliyanın vətəndaşlıq nazirliyinin xüsusi katibi Xose Enrike Medeyros Pires deyib.

O, ölkəmizi Şəkinin tarixi hissəsinin və Xan sarayı kompleksinin UNESKO-nun dünya irs siyahısına daxil edilməsi münasibəti ilə təbrik edib: "Biz bu qərarın Azərbaycan üçün çox vacib olduğunu bilirik. Bizim üçün mədəni zənginliyi qorumaq çox vacibdir. Şəkinin yeni statusu isə Azərbaycana insanlara bu şəhərin əhəmiyyətini anlatmağa yardım edəcək"

Xüsusi katib azərbaycanlı turistlərin Braziliyanın kurort mərkəzlərinə cəlb edilməsi məsələsindən də danışaraq deyib ki, tezliklə Azərbaycanın voleybol üzrə yığma komandası bu ölkəyə səfər edəcək: "İki həftədən sonra Braziliyanın cənub-şərqində Tokio Olimpiya oyunlarına lisenziya verən turnir təşkil ediləcək. İştirakçılar arasında Azərbaycan komandası da var".