Bred Pitt illər sonra yeni sevgilisi ilə görüntüləndi - FOTO

17:18 26.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 il əvvəl Ancelina Colidən boşanan aktyor Bred Pitt yeni sevgilisi ilə görüntülənib.

Hafta.az publika.az-a istinadən xəbər verir ki, məşhur zərgər sevgilisi Sat Hari Xalsa ilə birlikdə əyləncə məkanında kameralara tuş gəlib.

Yaraşığı ilə dünyaya səs salan aktyorun artıq xarici gözəlliyə deyil, məşhur olmamağa, daxili gözəlliyə və əyləncəyə üstünlük verməsi cütlüyün hər halından bəllidir. Cütlüyün 3 aydır birlikdə olduğu yayılan dedi-qodular arasındadır.

Qeyd edək ki, Bred Pitt daha əvvəl Cennifer Eniston, Ancelina Coli, Çarlz Teron kimi dünyaca məşhur qadınlarla birlikdə olub. Ancelina Colidən boşanandan sonra isə 3 il ərzində heç bir qadınla ciddi münasibət yaşamayıb.