Britaniya ən təhlükəli rus silahlarını açıqladı

23:12 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya silahlarının ən təhlükəli formaları “Almaz-Antey” konserninin məhsullarıdır. S-400 zenit raket kompleksi, “Bastion-P” sahil raket kompleksi və “İsgəndər” əməliyyat-taktiki kompleksi.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu sözləri Böyük Britaniya Hərbi Hava Qüvvələri Qərargahı komandanının döyüş hazırlığı və potensialı üzrə müavini Culian Boll söyləyib.

Boll bildirir ki, sözügedən sistemlərin yaratdığı təhdid Böyük Britaniyadan müvafiq cavab tədbirləri tələb edir. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün süni intellekt, yeni tip silahlar və təchizatdan istifadə edilməsinə başlanılıb.