Avropa qonşuluğu proqramı ölkələri Aİ-yə üzvlüyə yaxınlaşdırır

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Avropa qonşuluğu proqramı çərçivəsində öhdəliklərin icrası ölkələri Avropa Ittifaqında üzvlüyə yaxınlaşdıracaq. Bu barədə genişlənmə və Avropa mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle bildirib. “Əgər sizdə Avropa İttifaqına üzv olmaq istəyirsinizsə, buna nail olmaq üçün hər-hansı alternativ yol axtarmaq lazım deyil. Proqram çərçivəsində bütün öhdəlikləri yerinə yetirərək, siz hər-hansı bir məqamda üzvlüyə yaxınlaşa biləcəksiniz“, - deyə o çərşənbə axşamı Brüsseldə Avropa Qonşuluğu Jurnalist Şəbəkəsi (ENJN) proqramı çərçivəsində KİV problemləri üzrə yekun konfransda qeyd edib.

“İnterfaks “ agentliyinin xəbər verdiyi kimi, Ş.Füle qeyd edib ki, bu proqramda üzvlük vədləri yoxdur, lakin ona nail olmaq imkanı var. “Bizim bəzi partnyorlarımız artıq bütün öhdəlikləri yerinə yetirməyə hazırdır“, - deyə o bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı qonşuluq ölkələrində islahatlar proqramını davam edəcək və əlavə edib ki, bu istiqamətdə son ideyalardan biri 2012-ci ildə 220 milyon avro məbləğində yardım proqramının reallaşdırılması barədə qərarın qəbul edilməsi olub. O qeyd edib ki, Aİ-nin sərhəd ölkələrinə yardım həcmi prinsip növbəti prinsip üzrə müəyyən edilir: “Çox iş gördükcə, çox alacaqsınız“. “Əgər ölkə öhdəliyi yerinə yetirmirsə, o zaman Aİ öz yardım həcmini təkrar nəzərdən keçirə bilər və hətta vətəndaş cəmiyyəti ilə böyük ünsiyyətə daha çix diqqət yetirə bilər. Suriya və Belorussiyadakı vəziyyət belə sanksiyaların nümunəsidir. Bu vətəndaşlara qarşı cinayət törədənlər barəsində tədbirlər olacaq. Eyni zamanda biz Belorusa etdiyimiz kimi vətəndaş cəmiyyətinə dəstəyi artırmaq istəyirik“, - deyə Ş.Füle qeyd edib. O qeyd edib ki, yardım həcmi beş meyar əsasında müəyyən edilir - azad və düzgün seçkilər; ifadə, toplanma və söz azadlığı; məhkəmə sistemində islahatlar; korrupsiya ilə mübarizə; əsayiş və təhlükəsizlik sistemində islahatlar.
Onun sözlərinə görə, Aİ gələn il üçün dəyəri 20 milyon dollar olan yeni Avropa Mehriban Qonşuluq Proqramını hazırlamağı qərara alıb. “Bundan başqa, Aİ “Erasmus mundus“ proqramını da genişləndirməyi qərara alıb“, - Füle deyib. “Erasmus mundus“ proqramının ümumi məqsədi Avropa ali təhsilinin irəliləməsi, tələbələrin karyera perspektivlərinin yaxşılaşdırılması və ali təhsil sahəsinin davamlı inkişafına yönəlmiş Aİ-nin xarici siyasətinin məqsədlərinə uyğun üçüncü ölkələrlə əməkdaşlıq vasitəsilə mədəniyyətlərarası qarşılıqlı əlaqələrə kömək etməkdir.
Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb. Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir. 2008-ci ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan “Şərq tərəfdaşlığı“ proqramı çərçivəsində əməkdaşlığa keçib. “Şərq Tərəfdaşlığı“ proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib. Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.
Azad