Azərbaycan əsgərləri Türkiyə ordusunun tərkibində xidməti davam etdirir

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanda yerləşdirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) Kabil bölgəsinin komandanlığı daha 1 il müddətinə Türkiyəyə verilib. “Cümhuriyyət“in yazdığına görə, ABŞ-ın nəzərlərində “Ərəb baharı“ başlanandan və Raketdən Müdafiə Sistemlərini öz ərazisində yerləşdirilməsinə razılıq verəndən sonra Türkiyəyə hörmət ikiqat artıb. Ona görə də Birləşmiş Ştatlar Əfqanıstanda fəaliyyət göstərən 48 ölkə arasında Türkiyə ordusuna böyük önəm verməyə başlayıb. Amma “Cümhuriyyət“in araşdırmasına görə, indiyədək Kabil bölgəsində Türkiyə ilə yanaşı, Fransa ordusu da xidmət keçirmiş. Amma Fransa hökuməti ordunu Əfqanıstandan çıxarmaq barədə qərar verdiyi üçün əlacı kəsilən ABŞ bölgəyə nəzarəti yenidən Türkiyəyə verməli olub. Məlumatda o da deyilir ki, hazırda Türkiyə komandanlığında Azərbaycan və Gürcüstanla yanaşı, Albaniya, Bolqarıstan, Xorvatiya, Yunanıstan və Portuqaliya hərbi bölmələri qulluq edir.