“Bu, Vətən Müharibəsidir” - Azərbaycan Prezidentinin köməkçisi 

11:34 28.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu, Vətən Müharibəsidir”.

Bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir xalqın taleyində belə hallar olur: “Biz də belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.

“Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük”. - Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır: “Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqeləri isə qəbuledilməzdir. Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan, qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş Katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsın”.

Oxunma sayı 266
Gündəm rubrikasından digər xəbərlər