“Bu, müharibə cinayətidir, Azərbaycan Ermənistanı beynəlxalq tribunala verməlidir” - Ekspert

15:33 29.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan cəbhədəki uğursuzluqlarının əvəzini mülki yaşayış məntəqələrimizi raket atəşinə tutmaqla çıxır. Erməni vandallarının bu hərəkətini bəziləri terror kimi də dəyərləndirir. Lakin bu müharibə cinayətidir və Azərbaycan Ermənistanı beynəlxalq tribunala verməlidir”.

Hafta.az xəbər verir ki, bunu hərbi ekspert Rəşad Süleymanov erməni hərbi cinayətlərinin heç bir hüquqa məhəl qoymadan davam etməsinin səbəbləri ilə bağlı açıqlamasında deyib.

Ekspert bildirib ki, beynəlxalq müharibələrlə bağlı hüquqa əsasən mülki əhali, müharibə gedən ərazilərdən, əsgərlərdən və hərbi hissələrdən ayrı tutulmalıdır. Mülki əhaliyə toxunmaq olmaz. Lakin ermənilər üçün heç bir hüquq işləmir. Onlar beynəlxalq hərbi hüququ pozaraq vandallıq nümayiş etdirir. Bərdəyə düşmənin atdığı raket zərbələrinin qurbanları dinc əhalidir:

“Düşünürəm ki, artıq düşmən son nəfəsindədir. Bu gün mülki əhaliyə qarşı bu cür amansız cinayət törətməsi bizə imkan verir ki, düşmənin bütün hərbi texnikasını, canlı qüvəsini məhv edək. Artıq acımadan, vaxt gözləmədən düşmənin atəş nöqtələri, işğal altında olan ərazilərdəki hərbi hədəfləri məhv edilməlidir”.

R.Süleymanov hesab edir ki, bu gün ölkəmizdə ikinci cəbhəni - diplomatik və informasiya cəbhəsini genişləndirmək zərurəti var. Onun fikrincə, bu gün informasiya və diplomatika cəbhəsində tək Prezidentin, onun köməkçisinin və xarici işlər nazirliyinin, jurnalistlərin döyüşməsi yetərli deyil:

“Bu, belə olmamalıdır. Hanı dünyanın dinc vaxtında Avropada, orda-burda dövlətin qrantı hesabına aktivlk göstərən QHT-lər?! Hanı onların yaratdığı kanallar, yaratdıqları lobbi, diaspora, hanı QHT-lərin xaricdəki tərəfdaşları. Bu gün dövlətdən qrantlar somuran təşkilatların heç biri ortalıqda yoxdur. QHT sədrlərinin, partiya sədrlərinin xaricdə təşkilatlanmaqla bağlı fəaliyyəti görünmür. Anlamaq lazımdır ki, bu bizim ümumi işimizdir və müharibə şəraitində bu işləri kompleks görməliyik. Bir çoxları sosial media hesablarında belə paylaşımlar etmirlər. Təkcə sosial şəbəkələrdə özümüz paylaşıb, özümüz də layk etməklə olmaz. Biz informasiyalarımızla kənara çıxmalıyıq. Paylaşımlarımızı müxtəlif şəbəkələrdə xarici dillərdə aparmalıyıq. Baş vermiş hadisələrlə bağlı görüntüləri effektiv işləyib paylaşmaq lazımdır. Eləcə də bütün siyasi partiyalar, QHT-lər BMT, AŞPA, Avropa İttifaqının və digər təşkilatların e-mail hesablarına kütləvi şəkildə məktublar ünvanlamalıdır. Biz dünya ictimaiyyətini hər gün silkələməliyik”.

Hərbi ekspert qeyd edib ki, erməni vandallarının Bərdəyə, Gəncəyə və digər rayonlarımıza atdığı raketlər nəticəsində baş verən faciənin hərbi cinayətdən o yana adı yoxdur. Çünki hərbi cinayətlər insanlığı məhv etməyə yönəlib:

“Bu müharibə cinayətinə görə Ermənistanın hökumət başçıları tribunala verilməlidir. Eləcə də Ermənistana həmin silahları satanlar da cinayətə cəlb olunmalıdır. Çünki bu cinayətlərdə beynəlxalq təşkilatların da rolu var. Çünki beynəlxalq təşkilatların bütün fəaliyyəti işğalçı Ermənistanı dəstəkləməyə yönəlib. 30 ildir erməniləri dəstəkləyirlər və bundan sonra da çalışırlar ki, dəstəkləsinlər. Özləri Azərbaycanı humanitar atəşkəsə çağırır və sonra da bu cinayətləri törədirlər. Çünki erməni cinayətkarları görürlər ki, bu əməllərinə görə heç kəs onları qınamır, əksinə hamilik edirlər. Ona görə də getdikcə azğınlaşırlar. Erməniyə “ho” deyən olmalıdır ki, torpaqlarımızdan çıxsın. Çıxmayanın da qılçasını qırıb çıxardarlar. Biz bu gün bunu edirik və Bərdənin qısasını qırıcılar alır”.

Oxunma sayı 634
Siyasət rubrikasından digər xəbərlər