Bu gün İtaliyada koronavirusdan 651 nəfər ölüb

23:29 22.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada koronavirusdan ölənlərin sayı artıb.

Hafta.az  xəbər verir ki, son sutka ərzində koronavirusa yoluxan daha 651 nəfər vəfat edib.

Məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 5476-ya çatıb. Son 24 saat ərzində 5560 nəfər virusa yoluxub, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 59138-ə çatıb. Bu günədək virusa yoluxmuş 7024 nəfər müalicə olunaraq sağalıb.