Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

11:38 06.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Hafta.az-ın məlumatına görə, yığmamız “Dalğa Arena”da, saat 20:30-da başlayacaq oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunun Baş hakimi Deyan Yakimovski, Baş hakimin köməkçiləri isə Nikola Karakolev, Kushtrim Lika, və İqor Stoychevskidir. Hakimlər briqadası Şimali Makedoniyadandır.