Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçib

22:47 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda 5811 koronavirus testi keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 328 385 test keçirilib. Reanimasiyada olan xəstə sayı 110, süni tənəffüs cihazında olan xəstə sayı 20-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 6860, virusdan ölənlər 82, sağalan xəstə sayı 3871, aktiv xəstələrin sayı isə 2907 nəfərdir.

Oxunma sayı 2080