Bu gün Azərbaycanla Ermənistanı heç cürə müqayisə etmək olmaz - Ekspert

16:24 30.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan bu gün Qoşulmama Hərəkatı kimi dünyanın 1/3-ni əhatə edən nəhəng bir quruma rəhbərlik edən, həmçinin, BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına sədrlik edən, beynəlxalq təşkilatlarda haqqı, sözü tanınan, dünyanın enerji xəritəsini dəyişən, onun enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətdir. Ermənistan vassal, heç bir daxili və xarici siyasəti olmayan, asılı, terrorçu, işğalçı siyasətini dəyişməyərək öz ölkəsini uçuruma aparan bir dövlətdir".

Bunu hafta.az-a açıqlamasında açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. O bildirib ki, Azərbaycan dövləti və hökuməti ölkədə pandemiya ilə əlaqədar sosial durumun yaxşılaşdırılması, iqtisadiyyatın, biznesin dayanıqlılığını təmin etmək üçün hələ pandemiyanın ilk dövrlərindən bu istiqamətdə fəaliyyətə başladı:
"Sosial yönümlü bir sıra addımlar atıldı, xüsusilə də, bu, insanların əmək müqavilələrində öz əksini tapdı. Pensiyalar, müavinətlər vaxtı-vaxtında verilməklə yanaşı pandemiya ilə mübarizə sahəsində karantin rejiminin elan olunması ilə əlaqədar işsiz qalmış vətəndaşlara əlavə müavinətlərin verilməsi həyata keçirildi. Qısa bir zamanda modul tipli xəstəxanalar istifadə verildi. Bu xəstəxanaların hər birinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdi. Təkcə Bakı şəhərində deyi, rayonlarımızda da bu kimi xəstəxanaların tikintisi davam etdirilir. Həmçinin sahibkarlara və biznes adamlarına, bank sektoruna, insanların kredit ödənişləri ilə bağlı etdikləri müraciətlərə uyğun olaraq bir sıra güzəştlər edildi. Bütün bunların fonunda Azərbaycan dövləti və Azərbaycan Respublikası Prezidenti bu dövrdə vətəndaşların yanında olub və bundan sonra da bu proses davam etdiriləcək".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri vurğulayıb ki, Azərbaycanın bugünkü imkanları, ölkə iqtisadiyyatının dayanıqlılığı və pandemiya dövründə də inkişafı ölkəmizin bu istiqamətdə resurslarının kifayət qədər olduğundan xəbər verir: "Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq vətəndaşlarının sosial-iqtisadi problemlərinin həllində daima yanında olacaq. Ölkəmizdə pandemiya ilə mübarizə yüksək səviyyədə olmasına baxmayaraq qonşu Ermənistanda isə vəziyyət olduqca acınacaqlıdır. Hazırda hakim ailə müxtəlif ittihamlarla gündəmdədir. Bu da onu deməyə imkan verir ki, Ermənistan təcavüzkar və işğalçı siyasətini dəyişməsə bu ölkədə hər hansı bir inkişafdan, sosial-iqtisadi çətinliyin həllindən danışmaq olmaz. Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, hətta hakimiyyət strukturları ilə xalq arasında artıq uçurum yaranmaqdadır. Paşinyan verdiyi bütün vədləri unudaraq bu gün imitasiya, korrupsiya ilə varlanmaq həvəsi ilə məşğuldur. O öz opponentlərini, jurnalistləri, siyasətçiləri, hətta Parlamentdə olan millət vəkillərini belə represiyaya məruz qoymaqla diktatura rejimi yaratmağa və qorxu ilə dövləti idarə etməyə çalışır. Həmçinin, Paşinyan sərsəm bəyanatları, tez-tez Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, populist çıxışlar edərək öz ölkəsi üçün bundan artıq heç nə edə bilmədiyini göstərdi".
Rufiz Qonaqov qeyd edib ki, bu gün Azərbaycanla Ermənistanı heç cürə müqayisə etmək olmaz: "Azərbaycan bu gün Qoşulmama Hərəkatı kimi dünyanın 3-də 1-ni əhatə edən nəhəng bir quruma rəhbərlik edən, həmçinin, BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına sədrlik edən, beynəlxalq təşkilatlarda haqqı, sözü tanınan, dünyanın enerji xəritəsini dəyişən, onun enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətdir. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu gün Azərbaycan dünyada iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələr arasındadır. Azərbaycan bu gün şərqlə qərbi, şimalla cənubu birləşdirən böyük nəqliyyat dəhlizini təşkil edən ölkədir. Bu sadalananların siyahısını artıra da bilərik. Lakin, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirən Ermənistan vassal, heç bir daxili və xarici siyasəti olmayan, asılı, terrorçu, işğalçı siyasətini dəyişməyərək öz ölkəsini uçuruma aparan bir dövlətdir. Ermənistanın düşdüyü bu fəlakət növbəti illərdə daha da dərinləşəcək".

Oxunma sayı 2474
Siyasət rubrikasından digər xəbərlər