Bu gün Bakı metrosu saat 8-də açıldı-Problem

10:06 12.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

4 gündür fəaliyyətə başlayan Bakı metropolitenində gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. Bu səbəbdən də metro səhər saatlarında bağlı olub. Nəticədə sərnişinlər 2 saat ərzində metronun stansiyalarına buraxılmayıb. 

"Bakı metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədiv hafta.az-a bildirib ki, nasazlıq aradan qaldırıldıqdan sonra xətlər yenidən yoxlanılıb:

"Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası səbəbundən fəaliyyəti dayandırılan "Bakı Metropoliteni" QSC mayın 9-dan sərnişinlərin ixtiyarına verilib.

Oxunma sayı 303