Bu gün biz əsgər atalarının Sizə və dövlətimizə olan məhəbbəti yüksəkdir- Əfqanıstan və Qarabağ müharibələri veteranı Prezidentə yazır

18:14 01.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Mənim oğlum Həsənov Niyaməddin hazırda Şirvan şəhərində hərbi xidmətdədir. Yeri düşəndə ona baş çəkirəm. Bakı şəhərində keçirilən hərbi andiçmə mərasimində də iştirak etmişəm. Qeyd etməyi özümə borc bilirəm ki, hərbi hissələrdə gördüklərimdən çox məmnun qalmışam. Əsgərlər üçün yaradılan yüksək şərait, onların təlim-tərbiyəsinə, sağlamlığına və qidalanmasına böyük diqqət göstərilməsi bir Qarabağ müharibəsi veteranı kimi mənə çox xoş təsir bağışlayır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yaratdığı möhkəm nizam-intizam Sizin sayənizdə bu gün də mövcuddur.

Cənab Prezident, ona görə də, bu gün biz əsgər atalarının Sizə və dövlətimizə olan məhəbbəti yüksəkdir. Əminəm ki, yaxşı şəraitdə və güclü nizam-intizam altında xidmət edən əsgərlərimiz həm Vətənimizi etibarlı qorumağa, həm də gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olmağa qadirdirlər. Mən bununla fəxr edirəm. Allah hər zaman Sizə sevinc dolu günlər qismət eləsin.

Hörmətlə,

Həsənov İbrahim Tapdıq oğlu

Əfqanıstan və Qarabağ müharibələri veteranı

Azərbaycan Respublikası, Tovuz rayonu, Dondar Quşçu kəndi”.

Oxunma sayı 1784