Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

10:52 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gün ərzində 74 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.

Hafta.az-ın məlumatına görə, təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.

Oxunma sayı 1824
Gündəm rubrikasından digər xəbərlər