Bu gün Milli Məclisin iclası keçiriləcək

11:10 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Oxunma sayı 1320
Siyasət rubrikasından digər xəbərlər