Bu gün ordumuz dünyanın ən güclü orduları sırasındadır -

12:36 26.06.2019
Yazını böyüt
Yazını kiçilt

Eldəniz Səlimov

"26 iyun Azərbaycan xalqının və dövlətinin tarixində, həyatında ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan Milli Ordusunun, Silahlı Qüvvələrinin yaranması günüdür. Düz 101 il öncə bu günün, bu tarixin əsası qoyulub və 1998-ci ildən də 26 iyun Silahlı Qüvvələrin yaranma günü kimi qeyd edilir. Bu, bizim qürür, şərəf, iftixar günümüzdür".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. O qeyd edib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır və bu, çox mühüm amildir.

 

“Bunu da qüdrətli sərkərdə bacarığı olan Prezident, Ali Baş Komandan İlham Əliyev edə bilib. Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu, Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutub.Biz nizami ordunun gücünü, qüvvətini məlum Aprel döyüşlərində, 2018-ci ilin tarixi “Cünnüt əməliyyatı”nda bir daha görmüş olduq".

Oxunma sayı