Bu həftə ərzində 581 nəfərdə koronavirus aşkarlanıb

18:10 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə 755 nəfərdə koronavirus aşkarlanıb. Bu həftənin 5 günü ərzində, ümumilikdə 581 yoluxma halı qeydə alınıb.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Yoluxma hallarının intensivliyi davam edir. Bu həftə günlər üzrə virusa yoluxanların sayı 100-dən yuxarı olub. Ən çox yoluxma faktı isə mayın 16-da qeydə alınıb – 158 nəfər”, - deyə R.Bayramlı qeyd edib.

Sosial rubrikasından digər xəbərlər