Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək - Nazir

18:00 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Hafta.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran şəxslərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq nazirliyə təqdim edilib.

S.Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Növbəti il bu proqram daha da genişləndiriləcək. 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsi qarşıda məqsəd qoyulub”.