Bu il Azərbaycanda 104 mindən çox körpə doğulub

13:40 20.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 702 doğulan körpə qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalır.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

2019-cu ilin doqquz ayında ölkədə 42 017 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə düşüb.

Oxunma sayı 23