Bu il Kərbəla şəhərini 18 milyon insan ziyarət edib

16:56 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Həzrəti İmam Hüseynin vəfatının ildönümü münasibətilə onun Kərbəla şəhərindəki məzarını 18 milyon insan ziyarət edib.

Ziyarətin sabit keçməsi və ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə 20 min əsgər və polis ayrılıb. Azərbaycan, İran, Rusiya, Türkiyə, Pakistan, Əfqanıstan və ərəb ölkələrindən İraqa ziyarətə gələnlər üçün xüsusi təyyarə və avtobus reysləri ayrılıb.

İranın təhlükəsizlik naziri Mahmud Ələvi bildirib ki, rəsmi Tehran ziyarət mərasiminin yaxşı keçməsi üçün ciddi hazırlıq işləri görüb. Onun sözlərinə görə İranın xüsusi xidmət orqanları ziyarətçilərə qarşı terror aksiyası törətmək istəyən 2 qrupu zərərsizləşdirib. Nazir qeyd edib ki, ziyarət mərasimi başa çatana kimi xüsusi xidmət orqanları Kərbəla şəhərində ziyarətçilərin təhlükəsizliyini təmin edəcəklər.

M.Ələvi İraq polisinə də göstərdiyi yardıma görə təşəkkür edib.