Bu imtahanlar da təxirə salındı

17:18 29.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı təxirə salınıb.

Nazirlikdən hafta.az-a daxil olan məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.  

Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

Sosial rubrikasından digər xəbərlər