Bəşər Əsədə dəstək aksiyası

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Suriyada doğulmuş Amerika vətəndaşı Məhəmməd Anas Heytam Sued Amerika və Suriyadakı etiraz aksiyaları barədə məlumat toplamaq ittihamı ilə üzləşib. Suriyanın kəşfiyyat xidmətlərinə ötürülən məlumatlar aksiya iştirakçılarının qorxudulması, susdurulması və onlara divan tutulması məqsədi daşıyır. Casusluqda ittiham edilən Suedin Suriya hökumətinin agenti olduğu bildirilir. Ona qarşı silah alarkən yalan məlumat vermək ittihamı da irəli sürülüb. Ədliyyə Nazirliyi Virciniya ştatının sakini Suedin nəzarət altına alındığını bildirir. Bu gün o, ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Günahkar tanındığı təqdirdə Sued 15 il konspirasiya, 15 il silah daşıma, 10 il saxta məlumat vermək maddələrinə görə azadlıqdan məhrum edilə bilər.
On minlərlə suriyalı ölkə paytaxtı Dəməşqə toplaşaraq prezident Bəşar Əl-Əsədə dəstək yürüşü keçiriblər. Təşkilatçılar deyib ki, nümayişçilər habelə Çin və Rusiyaya Suriyanı dəstəklədikləri üçün təşəkkürlərini bildirib. Dövlətin nəzarətində olan Sana xəbər agentliyinin məlumatına görə, iştirakçılar xarici müdaxiləyə qarşı olduqlarını da ifadə ediblər. Keçən həftə Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymuşdu. Qətnamədə Suriya mülki nümayişçilərə qarşı zorakılıqlar həyata keçirdiyinə görə ittiham olunurdu. Ancaq hər iki ölkə Suriya hökumətini sp verdikləri islahatlar prosesini sürətləndirməyə çağırmışdı. Aylardı ölkədə keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı nümayişçilər cənab Əsədi ölkəni tərk etməyə çağırır.