Bu rayonlarda 2200 hektardan çox ərazi minalardan təmizlənib

13:39 26.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndiyədək Füzuli, Cəbrayıl və Ağdam istiqamətində 2200 hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Hafta.az xəbər verir ki, bu sözləri Füzulidə jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları idarə rəisinin müavini polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, əlavə olaraq, yolların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları da həyata keçirilib. Belə ki, ümumilikdə, 153 kilometrdən artıq yol mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxunma sayı 680