Batumi universitetinin ali təhsil ocaqlarımıza marağı artır

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Şota Rustaveli adına Batumi Dövlət Universiteti Bakı Dövlət və Azərbaycan Tibb universitetləri ilə əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Bu barədə Batumi Universitetinin rektoru Alyoşa Bakuridze bildirib. “Əməkdaşlıq haqqında saziş Azərbaycanın Batumidəki baş konsulluğunun dəstəyi ilə Azərbaycanın Tibb Universiteti və BDU ilə tələbə mübadiləsini həyata keçirmək, müəllimlərin staj keçməsinin təşkili, birgə elmi layihələrin icrası üçün imzalanacaq“, - Bakuridze deyib. Onun sözlərinə görə, Batumi Dövlət Universiteti artıq Bakı Slavyan Universiteti ilə belə razılaşmaya malikdir. Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən Alyoşa Bakuridze qeyd edib ki, tədbir yüksək səviyyədə təşkil edilib. “Forum çox vacib və aktual məsələlərə həsr olunub. Bütün bəşəriyyətin sülh şəraitində birgə yaşayışı, mədəniyyətlərarası dialoq, müxtəlif millətlərin dialoqu, din forumda müzakirə edilən əsas məsələlərdən olub“, - Bakurizde bildirib. Onun sözlərinə görə, Bakı və Batumi arasında tarixi əlaqələr var.
Vüsal