“Azərbaycanda jurnalist adından sui-istifadə edənlər var“

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Əli Həsənov: “Belə jurnalistlərə qarşı media təşkilatları da mübarizə aparırlar“

AzƏrbaycan mediası 20 il ərzində ölkənin digər sahələri ilə birlikdə inkişaf edib. Bunu “Dövlət müstəqilliyimiz və media“ mövzusunda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi əlavə edib ki, bu illər ərzində Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur. Həsənovun sözlərinə görə, bu institutun özünütənzimləmə mexanizmi yaranıb. Azərbaycan jurnalistlərinin seçkili orqanlarının formalaşdığını deyən Həsənovun sözlərinə görə, sevindirici haldır ki, dövlət mətbuat üzərindən bütün tənzimləmə mexanizmini götürüb. Onun sözlərinə görə, hazırkı medianın təməlini sovet dönəmində təhsil alan jurnalistlər qurub. PA rəsmisi çıxışında təəssüflə qeyd edib ki, Azərbaycanda jurnalist adından sui-istifadə edən, qanunlara hörmət etməyən, mətbuat əxlaqı olmayan jurnalistlər də var. Həsənovun sözlərinə görə, belə jurnalistlərə qarşı tək dövlət deyil, media təşkilatları da mübarizə aparırlar: “Redaktorlar imkan verməməlidirlər ki, hər hansı media quruluşunda ziyalılarımız, dəyərlərimiz hədəf olsun. Düşmənlərimiz erməni olmayanları da yalandan erməni mənşəli çıxarır. Bizim bəzi jurnalistlərimiz isə Bəxtiyar Vahabzadə, Mirzə Cəlil, Sabir kimi ziyalılarımızı əsassız yerə ləkələyirlər“.
Əli
Oxunma sayı 29