İordaniyada hökumət istefaya göndərildi

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
İORDANİYA kralı II Abdulla hökuməti istefaya göndərib. “Reuters“in verdiyi məlumata görə, buna xeyli vaxtdır nümayişlər keçirərək islahatlar tələb edən müxalifət nail olub. Kral artıq yeni baş naziri də təyin edib. Bu posta təyin olunmuş Şokat Hasavnehə tapşırılmış əsas işlərdən biri də dərhal müxalifətlə dialoqa başlanmasıdır. “Ümid edirəm ki, xalqın hökumətə inamını bərpa etmək mümkün olacaq“, - deyə baş nazir bildirib.

Oxunma sayı 150