“Bütün bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir” - Ölkə başçısı

23:26 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bunu şərh etmək mənim üçün çətindir. Yəqin ki, Ermənistanın baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxlayacağam. Yəqin ki, bu cür hərbi məğlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, bu cür qeyri-ardıcıllığı necə izah etmək olar. Axı, bu qeyri-ardıcıl bəyanatlar və hərəkətlər, ilk növbədə, ölkənin rəhbəri kimi onun özü üçün tamamilə irrasional və zərərli, həm də onun ölkəsi üçün təhlükəli və zərərlidir”. 

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar:

“Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırdı və sair və ilaxır”. 

 
Oxunma sayı 865
Siyasət rubrikasından digər xəbərlər