“Baku.am“ portalının Azərbaycan dilində versiyası hazırlanıb

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
ErmƏnistanda qeydiyyatdan keçən “Baku.am“ portalına artıq Azərbaycan dilində də baxmaq mümkündür. Erməni “soyqırımı“ Muzey İnstitutunun hazırladığı, Bakı şəhərinin erməni sakinlərinin sosial, mədəni və adi iş hayatından bəhs edən sayt guya ki, minlərcə erməninin xahişi əsasında ərsəyə gətirilib. Portalda Bakının timsalında Azərbaycan xalqının tarixinin saxtalaşdırılması ifrat dərəcəyə çatdırılıb. Saytda iddia olunur ki, vaxtilə Rusiyanın Qafqazda yerləşən ən iri sənaye mərkəzi olmuş Bakıda 1905, 1918 və 1990-cı illərdə ermənilərə qarşı kütləvi qırğınlar həyata keçirilib. Portalda Bakının bugünkü həyatına da yer ayrılıb. Bildirilir ki, Azərbaycanın indiki hökuməti ermənilərin Bakıda qoyub getdikləri tarixi-mədəni irsə ehtiram göstərmir.

Oxunma sayı 160