Cammu və Kəşmirdə yüksək inkişafa nail olunub - Hindistan səfiri

11:30 04.08.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna Cammu və Kəşmir ştatının yeni statusda – “Cammu və Kəşmir - Ladax İttifaq Ərazisi olaraq yenidən təşkilndən keçən bir ili şərh edib. Bildirib ki, yenidən qurulma İttifaq ərazisində bir çox müsbət dəyişikliklərə səbəb olub, düzgün idarəetmənin təkmilləşdirilməsi hədəfinə çatıb və ittifaq ərazisi əhalisinə hərtərəfli sosial-iqtisadi inkişaf gətirib.

Səfir B.Vanlalvavnanın imzasıyla Hafta.az-a daxil olan məqalədə deyilir ki, qanun keçən il, keçmiş Cammu və Kəşmir əyalətlərini Hindistanın qalan hissəsi ilə tamamilə birləşdirdi. Bununla da, Hindistanın digər bölgələrində tətbiq olunan, qadınlar və uşaqlar da daxil olmaqla az imtiyazlı şəxslərin sosial, iqtisadi və siyasi hüquqlarını qorumaq və inkişaf etdirmək üçün nəzərdə tutulmuş bütün qanunlar, Cammu və Kəşmir İttifaq Ərazisinə də şamil olundu. Bu qanun, yalnız İttifaq ərazisindəki qadınlara və uşaqlara səlahiyyət vermədi, eyni zamanda bütün əhaliyə fayda gətirəcək idarəetmədə şəffaflıq və cavabdehlik yaratdı. Faktiki olaraq, Cammu və Kəşmir İttifaq Ərazisinə aid 100-dən çox akt müasir dövrə uyğunlaşdırılaraq dəyişdirildi. Hindistan Hökumətinin Cammu və Kəşmirə inkişaf gətirmək qərarlılığını nümayiş etdirmək üçün, 36 Birlik Naziri, Cammu və Kəşmirin 50-dən çox bölgəsini ziyarət etdi və son bir ildə 200 layihənin açılışını həyata keçirdi.

2009-cu il tarixli Pulsuz və İcbari Təhsil Hüququ Qanununun tətbiqi, Cammu və Kəşmirdə uşaqların 14 yaşına qədər təhsil almaq hüququnu təmin edib. 2015-ci il tarixli Yetkinlik yaşına çatmayanlar üçün ədalət (Uşaqların müdafiəsi) Aktının və 2005-ci il tarixli Qadınların Məişət Zorakılığından Müdafiəsi Qanunun tətbiqi qadınlara səlahiyyət verib, uşaqları istismar və zərərlərdən qoruyub. İlk dəfə olaraq 24 oktyabr, 2019-cu ildə Pançayati Raj adlandırdığımız yerli özünü idarəetmənin II səviyyəsi - Rayon İnkişaf Şuralarına seçkilər keçirilib. Seçkilərdə seçici fəallığı 98 faizdən çox idi və qadınlar onlar üçün ayrılmış yerlərə seçildi ki, bu qadınlara əsas siyasətdə rol oynamağa imkan verdi. Pançayatların funksiyaları və büdcəsi də son bir ildə genişləndirilib. Bura son bir ildə Pançayata 200 milyon dollardan artıq pul köçürülməsi daxildir deyən səfirin sözlərinə görə, hökumət 2019-cu ilin noyabr ayında 'kəndə qayıt' adlı iştirakçı proqramı da təqdim edib. Bu proqram vasitəsilə hökumət üzvləri hər bir Pançayata baş çəkərək, iki gün ərzində müxtəlif inkişaf proqramlarını müzakirə edib. Bu proses vasitəsilə həmçinin, kəndlərin əhalisinin rəyləri də toplanıb. Nəticədə görülməsi zəruri olan 20 mindən çox inkişaf istiqamətində iş xalq tərəfindən müəyyən edilib ki, onlardan 7 mini artıq icra edilib. Bu yaxınlarda Cammu və Kəşmirin ilk e-Milli Kənd Təsərrüfatı Bazarı (e-NAM) platforması da istifadəyə verilib. Alma becərənlərə kömək etmək istiqamətində Kəşmir alması üçün unikal bazara müdaxilə sxemi təqdim edilib. Bu, Hindistanın Milli Kənd Təsərrüfatı Kooperativ Marketinq Federasiyası tərəfindən idarə olunan 5 təyin olunmuş məkandan alma tədarükünü nəzərdə tutur. Bu proqram vasitəsilə 2020-ci ilin yanvar ayına qədər təxminən 10 milyon dollar dəyərində 15000 meqaton alma birbaşa əkinçilərdən alınıb və satışdan əldə edilən gəlir birbaşa qazanc köçürmə yolu ilə alma yetişdiricilərinə ödənilib. Kəşmir zəfəranını tanıtmaq üçün Milli Zəfəran Missiyası nəzdindəki Pampore şəhərində Hindistan Beynəlxalq Kəşmir Zəfəran Ticarəti Mərkəzi inşa edilmişdir və bu mərkəz Kəşmir zəfəranının toplanmasını, emalını, qablaşdırılmasını və e-xərracını asanlaşdıracaq.

Səfir bildirir ki, dünyanın hər yerindən sərmayə axışını təşviq etmək üçün, 2020-ci ilin yanvar ayında Dehlidə keçirilən Qlobal İnvestorlar Sammitinin sammitdən əvvəlki ilk yığıncağı Cammu və Kəşmirdə təşkil edilib. Bu iclas müddətində istehsala və məşğulluğa təkan vermək üçün 14 sektor təbliğ edilib. “Hindistan şəhərlərində də 1,8 milyard dollardan çox dəyərdə Memorandumların imzalanması ilə nəticələnən investisiya şouları təşkil edilib. İlk olaraq, gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə Cammu və Kəşmir Hökuməti birinci mərhələdəki bütün səviyyələr üzrə sürətli işə qəbul üçün 10 min vakansiya elan edib və gələcəkdə də əlavə 25 min iş yeri planlaşdırıb. Texniki istedadlı gənclər arasında məşğulluq imkanlarını artırmaq və sahibkarlığı təşviq etmək üçün iki İT parkının yaradılması planlaşdırılıb. Məhsul tədqiqatı, inkişafı və marketinqi məqsədilə on iki start up seçilib. Hökumət həmçinin, 25 min boş iş yeri olan 50 yeni təhsil müəssisəsi təsis edib ki, bu keçən 70 ildə ən böyük göstəricidir. 2 yeni Bütün Hindistan Tibbi Elmlər İnstitutu, 7 yeni tibb kolleci, 5 yeni tibb bacısı kolleci və bir dövlət xərçəng institutu daxil olmaqla 1 milyard dollar dəyərində yeni sağlamlıq infrastrukturunun qurulması planlaşdırılır. Əlavə olaraq, tibb təhsili üçün 1400 tibb/orta tibbi yer əlavə edilib. Həmçinin, son bir ildə hökumətin müxtəlif təqaüd planlarından istifadə edən 500 min tələbə ilə Kəşmirdən gələn tələbələrin sayında dörd qat artım müşahidə edilib. Hökumət eyni zamanda, Hindistan Texnologiya İnstitutu və Hindistan Elm Təhsil və Tədqiqat İnstitutları kimi önəmli müəssisələrdə Cammu və Kəşmirin 500 tələbəsinə iki aylıq təcrübə imkanı yaradır. Həmçinin, Cammu və Kəşmirdə İxtiraçılıq, İnnovasiya, İnkubasiya və Təlim üçün iki Mərkəzin yaradılmasına icazə verilib”, - məqalədə deyilir.

Baş Nazirin İnkişaf Paketi çərçivəsində həyata keçirilən layihələr sürətləndirilib və bu istiqamətdə 17 layihə tamamlanıb və ya tamamlanmaq üzrədir. Cammu və Kəşmirin İnfrastruktur İnkişafı Maliyyə Korporasiyası çərçivəsində 80 milyon dollar dəyərində 500-dən çox layihə tamamlanmışdır və təxminən 800 milyon dollar dəyərində 2 mindən çox layihəyə icazə verilib. Cammu və Srinaqarın ağıllı və dayanıqlı şəhərlərə çevrilməsi məqsədilə dəyəri 930 milyon dollardan çox olan 190 layihənin həyata keçirilməsi planlaşdırılır. İki paytaxda dəyəri 1,3 milyard dollardan artıq olan yüngül dəmir yolu tranzit sistemlərinin qurulması də təsdiqlənib.

Diplomat qeyd edir ki, son bir ildə kasıb məhəllələrin inkişafı və bərpası üçün 200 min evin inşası təsdiqlənib. Bundan əlavə, 70 il ərzində ilk dəfə olaraq 300 min ev təsərrüfatı elektrik enerjisi və 293 min ev su xətti ilə təmin olunub. Məktəb uşaqları üçün 800 min tələbəyə sağlamlıq kartı verilib. Milli Qida Təhlükəsizliyi Aktı çərçivəsində zəruri qida məhsullarını təmin etmək üçün Bir Millət Bir Kart Sxeminin ilk mərhələsi başlanıb.

“Gənclərlə məşğulluğu və idmanı təbliğ etmək üçün ilk dəfə Kelo Hindistan Qış Oyunları 2020-ci ilin mart ayında Gülmarqda keçirildi və burada Hindistanın müxtəlif yerlərindən 900-dən çox idmançı iştirak etdi. Bundan əlavə, il ərzində Cammu və Kəşmirdə müxtəlif idman fəaliyyətlərində 500 mindən çox gənc iştirak etdi və 126 min gənc məşqçi adını qazandı. Hökumət, eyni zamanda hər bir bölgədə qapalı idman kompleksi, hər Pançayatda uşaq meydançası və Cammu və Srinagarda beynəlxalq obyektlər tikməyi planlaşdırır” deyilən məqalədə koronavirusla mübarizədən də bəhs olunur. Məqalədə yazılır: “COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı testlərin aparılması üzrə Hindistandakı ortalama nisbətlə müqayisədə Cammu və Kəşmir 4 dəfə daha yüksək ən yaxşı nəticə göstərib. Cammu və Kəşmir, COVID-19 üzrə xəstəxanalar qurulan ştatlardan/ ittifaq ərazisindən biridir və hazırda 20 min çarpayılıq intensiv müayinə və oksigen qurğuları olan 2500 çarpayılı təcrid otaqları da daxil olmaqla 60 min yeni çarpayılı 17 xüsusi xəstəxana var. Srinaqar, Hindistanda COVID-19 ilə mübarizədə ən yaxşı təcrübələrə görə seçilmiş 16 şəhər sırasındadır. Hökumət, mənfi təsirə məruz qalanlara kömək məqsədilə 47 milyon dollar məbləğində maliyyə yardımı paketi qəbul etmiş və ölkə daxilində və xaricdə qalan 250 min Cammu və Kəşmir sakininin geri qaytarılmasına kömək edib”.

Oxunma sayı 3513
Siyasət rubrikasından digər xəbərlər