Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər

13:04 14.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

APA-nın Türkiyə bürosunun “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Görüş zamanı nazirlər Suriya və Liviyada baş verənləri müzakirə edəcəklər.

Siyasət rubrikasından digər xəbərlər