Yazını böyüt
Yazını kiçilt
Astarada çayda batan 54 yaşlı şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, 22.11.2020-ci il tarixində Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.
İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.