Cəbhədə dəhşətdir, ölü və yaralı sayımız hədsiz çoxdur - ermənilər yazır

16:50 13.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tovuzda ermənilər tərəfindən törədilən təxribata Azərbaycan ordusunun layiqli cavab verməsi bu ölkədə sosial şəbəkələrdə ciddi narahatlıq doğurub. Xüsusilə də düşmənin itkilərini gizlətməsi bu narahatlığı daha da artırıb.   

Hafta.az xəbər verir ki, ermənilər ölü dolu yük maşınlarının paytaxt İrəvana doğru getdiyini yazırlar. Erməni sosial şəbəkə istifadəçisi Diana Aratyunyanın yazdığına əsasən, hazırda cəbhədə dəhşət baş verir.

“Qardaşım oradadır, mənə zəng edib bildirdi ki, ölü və yaralı sayımız hədsiz çoxdur. Hospitallar dolub artıq. 70 ölü, 300 yaralı olduğu bildirilir, amma bu da yalandır, ona görə ki, qardaşım gözləri ilə 3 hərbi yük avtomobilinin cəsədlə dolu getdiyini görüb. Ölü sayımız 200-dən çox olmalıdır. Biz bilmirik nə edək. Qardaşımla da əlaqəni itirmişik. Hökumət isə susur", - deyə Aratyunan yazır.

Oxunma sayı 829