Yazını böyüt
Yazını kiçilt
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Niva” markalı minik avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.