Cəlilabadda evdə qumbara və sursat aşkarlandı

15:42 09.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Y.Məmmədovun evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evə baxış zamanı 1 ədəd qumbara, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.