“Çelsi” Kepanı icarəyə göndərir

12:27 30.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin "Çelsi" klubu qapıçısı Kepa Arrisabalaqanı icarəyə göndərməyə qərar verib.

Baş məşqçi Frank Lempardı qane etməyən qolkiperin komandasa saxlanılması məqsədəuyğun sayılmır.

Lakin London təmsilçisi Kepanı satmaq fikrindən də uzaqdır. Çünki 25 yaşlı ispaniyalının qiyməti aşağı düşüb.

"Atletik"dən 80 milyon avroya transfer olunan qapıçını ucuz qiymətə satmaq istəməyən klub rəhbərliyi 2025-ci ilədək müqaviləsi olan əlcək sahibini iki mövsümlük icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, Kepa son mövsümün 41 matçında 58 top buraxıb.

Oxunma sayı 2093