“Cənab Prezident həmişə gənclərə önəm verib” - Fərid Məmmədov

11:44 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 “Bu bizi daha məsuliyyətli olmağa sövq edir”

“Növbədənkənar parlament seçkilərini həm də özünü təsdiqləmək baxımından gənclər üçün fürsət kimi dəyərləndirirəm. Hesab edirəm ki, müasir dünyagörüşlü və enerjili gənclərin parlamentdə təmsil olunması dövlətimizin və xalqımızın qazancı deməkdir”.

Bu fikirləri 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd, “School of Diplomacy” Prezidenti - Fərid Murad oğlu Məmmədov səsləndirib. O bildirib ki, ölkədə aparılan islahatlar müsbət tendensiyadır və gözəl gələcək vəd edir: “Cənab Prezidentin apardığı islahatlar xalqımız tərəfindən rəğbətlə qarşılanır. Bütün sahələri əhatə edən islahatlar təbii ki, parlamentdən də yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibli Milli Məclis yeni mərhələyə adekvat olacaq”. Dövlət başçısının gənclərə diqqət və qayğısından söz açan F.Məmmədov bildirb ki, bu onlarda özünəinamı daha da möhkəmləndirir: “Bilirsiniz ki, Cənab Prezident həmişə gənclərə önəm verib və onların irəli çəkilməsi, dövlət idarəçiliyində öz sözünü deməsi üçün hər cür dəstək verb. Dövlət başçısının uğurlu fəaliyyəti, insanlarla səmimi davranşı, sadəliyi biz gənlər üçün örnəkdir. Onun gənclərə dəstəyi bizdə inam yaratmaqla yanaşı, eyni zamanda bizi daha məsuliyyətli olmağa sövq edir”.

Seçki prosesi ilə bağlı danışan  F.Məmmədov diqqətə çatdırıb ki, əhali ilə sıx görüşlərini davam etdirir: “Çalışıram ki, seçki kampaniyası ərzində hər bir seçicinin problemləri, istəkləri ilə maraqlanım, onların Milli Məclisdə səsi olum. Seçilərəmsə seçicilərimin ümidlərini doğruldacağıma əminəm. Nəzərinizə çatdırım ki, Ağcabədi rayonunda qərərgahımız fəaliyyət göstərir və ciddi kampaniya aparacağıq. Görüşlərimiz və çıxışlarımız barədə mediaya məlumat verəcəyik”.