Türkiyədən ən bahalı serialı Azərbaycan alıb

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Türkiyə son il ərzində dünyanın 40 ölkəsinə serial ixrac etməklə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib. “Radikal“ın yazdığına görə, Fransanın Qannes şəhərində dünyanın 10 min kino istehsalı və satışı ilə məşğul olan nümayəndəsinin iştirakı ilə keçirilən MIPCOM sərgisində Türkiyə serial istehsalçılarının bəxti gətirib.

Belə ki, sərgiyə qatılan türk serial istehsalçılarından olan “Calinos Holding“ idarəetmə şurasının sədri Fırat Gülgən Sloveniya, Slovakiya, Rumıniya, Yaponiya, Malayziya, Əfqanıstan və Yunanıstana serial satmaq barədə razılaşma imzalayıb. O bildirib ki, 4 gün ərzində xarici qonaqlarla 160 görüş keçiriblər və 10 müxtəlif ölkəyə 25 serial satıblar.
F.Gülgən xüsusi olaraq bildirib ki, hazırda Türkiyənin ən bahalı serialı “Möhtəşəm yüzyıl“dır ki, onu 22 ölkəyə satmaq üçün müqavilə bağlayıblar. Çox qəribədir ki, bahalı olduğu üçün bu serialı əksərən Avropa ölkələri alsalar da, birinci saziş Azərbaycanla bağlanıb. Digər ölkələr isə Sloveniya, Slovakiya, Çernoqoriya, Çexiya, Ukrayna, Bosniya, Kosovo, Serbiya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Xorvatiya, Macarıstan, Makedoniya, Rusiya, Albaniya, Yaponiya, Qazaxıstan və Əfqanıstandır.
Vüsal