Tehran Bakıya uçuşların sayını artırmaq istəyir

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) bildiriblər ki, İran Mülki Aviasiya Təşkilatının aviasiya və beynəlxalq məsələlər üzrə vitse-prezident vəzifəsini icra edən Məhəmməd Xudakərəmi bu məsələ üzrə mövqeyini ifadə edib. DMAA-da qeyd ediblər ki, Azərbaycan tərəfi bu məsələyə baxır və məsləhətləşmələrin davamı barədə razılıq əldə edilib. Hazırda iki dövlətin aviaşirkətləri bu istiqamətdə həftədə 12 uçuş həyata keçirir. Qonşu ölkələr arasında hər iki tərəfə “Azərbaycan Hava Yolları“ şirkəti “Bakı - Tehran - Bakı“ marşrutu ilə həftədə 4, “İran Air“ isə eyni istiqamətdə 2 aviareys həyata keçirir.


Vüsal
Oxunma sayı 201