Cərimə tətbiq ediləndə vətəndaş müqavimət göstərir - Mahmud Hacıyev

12:15 07.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər social şəbəkələrdə karantin rejimini pozan vətəndaşlara qarşı polis müdaxiləsi heş də birmənalı qarşılanmır. Bu məsələdə insanlar həssaslıq göstərirlər, qeyri-iradi fikirlər bildirirlər, polislərə qarşı aqressivlik nümayiş etdirirlər.

Keçmiş polis rəisi Mahmud Hacıyev hafta.az-a açıqlamasında dedi ki, polis qanun çərçivəsində əlindən gələni edir:

“İnsanların bir çoxu səviyyəsizlik göstərir. Polis qərarı icra edir. Hər kəsin tərbiyyəsi, səviyyəsi, intellekti bir deyil. İnsan faktoru varsa, orada inzibati xəta da, cinayət də olacaq. İnsanlar qanunlara əməl etmirlər. Polis yaxınlaşır, xəbərdarlıq edir. Amma vətəndaş əməl etmir. Cərimə tətbiq ediləndə isə, vətəndaş müqavimət göstərir. Son üç-dörd ayda polislərin insanlara yanaşma tərzi çox yüksək səviyyədədir. Etik normalara əməl edirlər. Amma bu etik normaların qarşılığında vətəndaş yaxşı hərəkət etmirlər”.

Oxunma sayı 1675