Cərimələr sərtləşdirilə bilər - Nazir müavini

11:28 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hökumət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür.

Hafta.az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə olunur. Pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Bu yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır:

"Bu qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Əgər bu qaydalara əməl olunmasa, hökumət yenidən qaydalara baxmalı olacaq. Əlbəttəki biz bunu istəmirik, əsas məqsəd insanların təhlükəsizliyidir".

Nazir müavini bildirib ki, hazırda cərimələrin sərtləşdirilməsi və digər cəza formaları ilə də bağlı müzakirələr aparılır. Yalnız məbləğ cəriməsi formasında deyil, digər istiqamətlər üzrə də müzakirlər aparılır:

"Əsas tələb odur ki, müəyyən olunmuş tələblərə tam əməl olunsun. Biz vətəndaşlardan da xahiş edirik ki, bu qaydalara əməl etsinlər".

Oxunma sayı 2235
Gündəm rubrikasından digər xəbərlər