Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO

13:19 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı David Zalkaliani ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Qeyd edək ki, C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.

Oxunma sayı 1039
Gündəm rubrikasından digər xəbərlər