Çimərlik futbolu üzrə millimiz A divizionundakı yerini qoruyub

22:00 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 8-də çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super final mərhələsində sonuncu oyununu keçirib.

Hafta.az xəbər verir ki, komandamız A divizionunda qalmaq uğrunda keçirilən görüşdə Qazaxıstan yığması ilə qarşılaşıb. Elşad Manafov və Ramil Əliyevin vurduğu qollarla 2:1 hesablı qələbə qazanan millimiz A divizionundakı yerini qoruyub.

Xatırladaq ki, millimiz ilk oyunda Estoniya komandasına 3:4 hesabı ilə məğlub olub. İkinci görüşdə Azərbaycan komandası Rumıniya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Futbolçularımız növbəti görüşündə Çexiyadan üstün olublar - 6:1.