Çin ordusu insanlığa qarşı cinayət işləyib

12:20 23.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinlə Hindistan arasında tətbiqi dünya civarında yasaq olan silahdan istifadə səbəbilə yenidən gərginlik yaranıb.

Hafta.az-ın yazdığına görə, Çinin Renmin Universitetində təşkil olunmuş konfransda çıxış edən çinli professor Jin Canrong deyib ki, avqust ayında Çinlə Hindistan arasındakı sərhəd bölgəsində çıxan münaqişədə çinli əsgərlər qorxunc silah növündən istifadə edib. “Atəş açılan kimi hind əsgərlər yerlərindəcə diri-diri bişdilər” deyən Canrong əlavə edib ki, Çin ordusu həmin zaman mikrodalğa silahdan istifadə edib. Professorun sözlərinə görə, mikrodalğa silah elektromaqnit zərbələr endirir və nəticədə insan orqanizmində bioloji normadan qat-qat yuxarı olan yüksək istilik yaradır və bu da şiddətli ağrılara çevrilir. "Çin ordusunun açdığı həmin atəş qısa zamanda hind əsgərlərin orqanizmini o qədər qızdırdı ki, tab gətirə bilmədilər və bədənləri əriməyə başladı", - deyib professor Canrong.   

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də, Hindistan əsgərlərinin Çin ordusunun açdığı elektromaqnit atəş nəticəsində diri-diri yanmalarına dair məlumatı çox ciddi araşdıracaqlarını bildirib.

Qeyd edək ki, Hindistanın şimal-.ərqində uerləşən Ladax bölgəsində iyunun 15-də 20 hind əsgərin ölümüylə nəticələnən hadisənin ardıyla, Çin əsgərləri üç istiqamətdən Ladax bölgəsinə girərək, burada çadır və hərbi nəzarət məntəqələri qurmuşdular. Çin əsgərlərinin bölgədən çıxmalarına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəf tutduqları ərazilərdən çəkilməmişdilər və bu da başqa bir qarşıdurma yeri olan Sıkkim əyalətində Çin və Hindistan hərbçiləri arasında toqquşmaya səbəb olmuşdu. Qarşıdurmanın daha da dərinləşməməsi üçün iyun ayının əvvəllərində Hindistan və Çin Xarici İşlər Nazirliyinin nümayəndələri videokonfrans vasitəsilə görüşərək, sərhəddə baş verənləri müzakirə etmişdilər. Hindistan tərəfi məsələnin sülh yoluyla həll olunmasına üstünlük verdiyini demiş və Çin tərəfi də onlarla razılaşmışdı. 

Xatırladaq ki, Çinlə Hindistan arasındakı 3,5 min kilometrlik sərhəd xətti mövcuddur və zaman-zaman sərhəddəki ərazilərə qarşı iddialı problemlər qalxır. 

Oxunma sayı 1814