Çin və ABŞ razılığa gəliblər

11:22 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin və ABŞ ticarət danışıqlarının davam etdirmək barədə razılığa gəliblər. Danışıqların 13-cü mərhələsi oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcək.

Bu barədə razılıq Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin ilə sentyabrın 5-də baş tutan telefon danışığı zamanı əldə olunub. Sentyabrın ortasında isə danışıqlar qrupu görüşərək 13-cü mərhələdə müzakirəyə çıxarılacaq məsələləri aydınlaşdıracaq.

Qeyd edək ki, ilin əvvəlindən keçirilən ticarət danışıqları hələ bir nəticə verməyib. Tərəflərin idxal rüsumlarını qarşılıqlı artırması iqtisadi əlaqələrdə gərginliyə səbəbə olub.